BNA: Avtobus qəzası ilə bağlı araşdırma aparılır

     BNA:    Avtobus qəzası ilə bağlı araşdırma aparılır
  19 Mart 2019    Oxunub:2511
Bakının Nizami rayonu ərazisində baş verən ağır yol qəzası ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Bu barədə Azvision.az -a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

Qurum rəsmisi bildirib ki, BNA-nın əməkdaşları hadisə yerinə baş çəkiblər: “Orada olan şahidlərin sözlərinə görə, minik avtomobili qəfil əyləcə basıb və nəticədə hadisə baş verib. Bu, ilkin ehtimaldır”.

Qeyd edək ki, bu gün səhər saatlarında "Ramal" Ticarət Mərkəzinin qarşısında sərnişin avtobusunun iştirakilə baş verən qəza nəticəsində bir neçə nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Aytən Zəhra
Azvision.az



Teqlər: BNA   Qəza  





Xəbər lenti