İsa Həbibbəylinin oğluna daha bir vəzifə həvalə olundu

   İsa Həbibbəylinin oğluna daha bir vəzifə həvalə olundu
  19 Mart 2019    Oxunub:2690
Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının yeni sədri seçilib.
Azvision.az xəbər verir ki, bununla əlaqədar keçirilən tədbirdə Muxtar Respublikanın gənclər və idman naziri Azad Cabbarov federasiya sədrliyinə Səhət Həbibbəylinin namizədliyini irəli sürüb. Nazirin təklifi yekdilliklə qəbul olunub və S.Həbibbəyli Muxtar Respublikanın Atıcılıq Federasiyasının sədri seçilib.

Qeyd edək ki, S. Həbibbəyli Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İsa Həbibbəylinin oğludur. O, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun 5 mart 2019-cu il tarixli fərmanı ilə Muxtar Respublikanın Dövlət Gömrük Komitəsinin sədri təyin edilib.

Azvision.az



Teqlər: Naxçıvan  





Xəbər lenti