"Ermənistan işğalı sülh olaraq qəbul edir" - PA rəsmisi
PA rəsmisi vurğulayıb ki, yalnız bu halda bölgədə ədalətli sülh yaradıla bilər: “Ermənistanın dediyi sülhlə beynəlxalq hüququn dediyi sülh arasında fərq var. Ermənistan mövcud vəziyyəti, işğalı sülh olaraq qəbul edir. Buna sülh demək mümkün deyil. Ermənistan xalqının sülhə hazırlanmasına ciddi ehtiyac var. Ermənistan ona aid olmayan işğal etdiyi torpaqları geri qaytarmalı, Azərbaycan və digər qonşu dövlətlərlə sülh şəraitində yaşamalıdır”.
H.Hacıyev qeyd edib ki, Ermənistanın işğalçı siyasəti bölgədə sülhü və sabitliyi təhdid edir: “Bu siyasət səbəbindən hər zaman gərginliklər yarana bilər. Bunun məsuliyyəti birbaşa Ermənistanın üzərinə düşür. Azərbaycan problemin sülh yolu ilə həllinə inanır. Münaqişənin sülh yolu ilə həlli imkanlarının bitmədiyi qənaətindəyik. 25 ildən artıq müzakirələrin davam etməsi Azərbaycanın yaxşı niyyətinin və sülhə olan sadiqliyinin nümunəsidir. Bu eyni zamanda Azərbaycanın güzəştidir. Amma, bu hal sonsuza qədər belə davam etməyəcək”.
Kənan Məmmədov
AzVision.az
Teqlər: Hikmət-Hacıyev Qarabağ