FHN bayramda gücləndirilmiş rejimdə işləyəcək

FHN bayramda gücləndirilmiş rejimdə işləyəcək
  18 Mart 2019    Oxunub:3434
Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.
FHN-dən Azvision.az -a verilən məlumata görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun bununla bağlı əmr imzalayıb. Novruz bayramı günlərində vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, bayram şənliklərinin təşkil olunduğu və insanların kütləvi toplaşdıqları məkanlarda, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi məqsədilə nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.

Azvision.az


Teqlər: FHN   Novruz  





Xəbər lenti