Kəpəyin istehsalı və satışı vergidən azad olunur
Məcəllənin 164-cü (Vergi ödəməkdən azad edilmə) maddəsinə "kəpəyin istehsalı və satışı - 2019-cu il martın 1-dən 2 il müddətinə" sözləri əlavə olunub.
Digər dəyişiklik isə buğdanın istehsalı və satışı ilə bağlıdır. Belə ki, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 1 il vergidən azad olunacaq. Başqa sözlə, vergidən azadetmə 2021-ci ilədək davam edəcək.
Qeyd edək ki, dəyişiklik layihəsinə parlamentin martın 29-da keçiriləcək plenar iclasında baxılacaq.
Anar Kəlbiyev
Azvision.az