Nazir müavinindən sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq: “Şəxsi məlumatlarınızı yaymayın!”
“Kimsə harasa səyahət edəcəksə, bu barədə qabaqcadan sosial şəbəkələrdə məlumat yaymaq düzgün deyil. Bundan ən primitiv halda sizi tanıyan və ya tanımayan kimsə xoşəgəlməz məqsədlər üçün istifadə edə bilər. Hər bir şəxs özünün sabahını fikirləşirsə, bu məlumatları yerləşdirərkən diqqətli olmalıdır”.
E.Vəlizadə qeyd edib ki, sosial şəbəkə istifadəçilərinin məlumatlarının ötürülməsi kimi halların Azərbaycan və digər ölkələrdəki istifadəçilərə də təsiri də ola bilər. “Bizim bu prosesə hansısa müdaxilə və ya təsir etmək imkanlarımız yoxdur. Çünki onlar Azərbaycandan və digər ölkələrdən kənarda yerləşir. Bu baxımdan sosial şəbəkələrin mövcud olan qaydalarının tənzimlənməsində digər ölkələrin və ya qurumların heç bir rolu yoxdur. Biz müəyyən təklif irəli sürsək də, onlara baxılmır”.
Aytən Zəhra
Azvision.az
Teqlər: