PA-nın məsul işçiləri Bərdədə vətəndaşlarla görüşüb - VİDEO

   PA-nın məsul işçiləri Bərdədə vətəndaşlarla görüşüb -    VİDEO
  16 Mart 2019    Oxunub:1737
Prezident Administrasiyasının (PA) məsul işçiləri Bərdə rayonunda vətəndaşlarla görüşüblər.
Görüşdə 139 nəfər iştirak edib. PA-nın müxtəlif şöbələrinin təmsilçiləri vətəndaşların problemlərini dinləyib və qeyd olunan məsələlərin həlli üçün adiyyəti qurumlara tapşırıqlar veriblər.

Görüşə gələn sakinlərin və məcburi köçkünlərin əsasən, problemli mənzil, kreditlər, iş problemləri, Qarabağ əlillərinin mənzillə təmin olunması və müalicəsi, torpaq və başqa problemlərlə bağlı müraciət ediblər.

Vətəndaşlar bu cür qəbulların təşkilinə, problemlərinin həllinə göstərilən diqqətə görə Prezident İlham Əliyevə təşəkkür ediblər.(Report)



Azvision.az


Teqlər: PA   Qəbul   Bərdə  





Xəbər lenti