Ermənistan tərəfə keçən şəxs ruhi xəstədir - RƏSMİ

Ermənistan tərəfə keçən şəxs ruhi xəstədir -  RƏSMİ
  16 Mart 2019    Oxunub:5219
Dövlət Sərhəd Xidməti Ermənistan Respublikasının bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının vətəndaşının sərhəd pozucusu qismində saxlanılması barədə məlumatlara münasibət bildirib.

DSX-dan Azvision.az-a verilən məlumata görə, mart ayının 15-dən 16-a keçən gecə Azərbaycan Respublikası ərazisindən müqabil istiqamətdə 1 nəfər naməlum şəxsin dövlət sərhədini pozması qeydə alınıb:

"Həmin şəxsin Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu olması müəyyən olunub. Araşdırma zamanı həmin şəxsin ruhi əsəb xəstəliyi ilə əlaqədar 2-ci qrup əlil olması məlum olunub. Hal-hazırda araşdırma işləri davam edir".

Azvision.az




Teqlər: DSX   Ermənistan  





Xəbər lenti