ABŞ Dövlət Departamenti Ermənistanı işğalçı adlandırdı
Ən ziddiyyətlisi ondan ibarətdir ki, rəsmi İrəvanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqlarda yeni format təklif etməsi fonunda XİN nümayəndəsi ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədri kimi “hazırkı format çərçivəsində” problemin dinc yolla həllinə səy göstərdiyini əlavə edib.
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin də Ermənistanın danışıqların formatının dəyişdirilməsi ilə bağlı qeyri-konstruktiv mövqeyinin qəbuledilməz olduğunu bəyan etdikləri bir şəraitdə A.Naqdalyan ikiüzlü şəkildə qeyd edib ki, İrəvan “öz öhdəliklərini yerinə yetirir”.
Azvision.az
Teqlər: ABŞ Ermənistan