Vitse-spiker bəzi qurumlara müraciət etdi

Vitse-spiker bəzi qurumlara müraciət etdi
  15 Mart 2019    Oxunub:1455
“Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində adımlar atılır. Bu istiqamətdə atılan addımlarla bağlı Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatında geniş məlumat verilib”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı parlament sədrinin müavini Bahar Muradova deyib.

“Biz dünya ictimaiyyətinin Azərbaycan ətrafında şəbəkələşməsinə və dəstək verməsinə nail olmalıyıq. Azərbaycanın bir sıra qurumları beynəlxalq təşkilatlarda hesabatlar verirlər. Təklif edirəm ki, o hesabatlar əvvəlcə Milli Məclisə təqdim edilsin, müzakirə edək. Çünki bəzi məsələlərdə fikirlərimiz üst-üstə düşmür. Ümid edirəm, hökumət bu təklifimi nəzərə alacaq”.

O vurğulayıb ki, 2018-ci il Azərbaycan xalqının həyatında əlamətdar il olub.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Bahar-Muradova  





Xəbər lenti