“Elmi şuralar “anekdot” yeri olmamalıdır” - Musa Qasımlı
Deputatın sözlərinə görə, bəzi universitetlərdə 3-4 nəfərlik heyət yaradılır. Həmin heyət universitetin 700 nəfərlik müəllim kollektivinin məqaləsini oxuyur, xaricdə dərc olunub-olunmaması ilə bağlı tövsiyə verir: “4-5 nəfər heç bir zaman 700 nəfərin məqaləsini oxuya bilməz. Bu, fiziki baxımdan mümkün deyil. Bir şəxs və ya bir neçə şəxs bütün sahələr üzrə mütəxəssis ola bilməz.
Daha sonra M.Qasımlı deputat seçildiyi rayondakı vəziyyətdən danışıb: “Cənab prezidentin Yardımlıya ayağı dəyən andan bəri Yardımlının siması dəyişib. Xəyallara gəlməyən işlər həyata keçirilir. Asfalt yollar çəkilir, elektirik enerjisi problem yoxdur. Təbii qazla təmin olunma prosesi başlayıb və davam etməkdədir. Tam səmimi söyləyirəm ki, cənab prezidentin Yardımlıya ayağının dəyməsi oraya xeyir-bərəkət gətirdi”.
Elvin Abdulqədirov
Azvision.az
Teqlər: Milli-Məclis Musa-Qasımlı