Çempionlar Liqasında 1/4 finalın püşkü atıldı

  15 Mart 2019    Oxunub : 1127
Çempionlar Liqasında 1/4 finalın püşkü atıldı
Çempionlar Liqasında 1/4 və 1/2 final mərhələsinin püşkü atılıb.
Azvision.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma zamanı iki mərhələnin cütlükləri müəyyənləşib.

1/4 final mərhələsi

"Ayaks" (Hollandiya) - "Yuventus" (İtaliya)

"Liverpul" (İngiltərə) - "Portu" (Portuqaliya)

"Tottenhem" (İngiltərə) - "Mançester Siti" (İngiltərə)

"Barselona" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)


1/2 finalda mərhələsində qarşılaşacaqlar:

"Tottenhem" - "Mançester Siti" / "Ayaks" - "Yuventus"

"Barselona" - "Mançester Yunayted" / "Liverpul" - "Portu"

Qeyd edək ki, 1/4 final mərhələsində ilk oyunlar aprelin 9-10-da, cavab qarşılaşmaları isə 16-17-də keçiriləcək. Yarımfinalda isə ilk görüşlər 30 aprel-1 may, cavab matçları isə 7-8 may tarixlərində olacaq.

Azvision.az

Teqlər: UCL   Püşk