Parlament hökumətin hesabatını qəbul etdi - VİDEO (Yenilənib)
Müzakirələrdən sonra səsverməyə çıxarılaraq təsdiq edilib.
***
Azərbaycan Milli Məclisinin növbəti plenar iclası başlayıb.
Azvision.az xəbər verir ki, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 1 məsələ - Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabat daxildir. Plenar iclasda Baş nazir Novruz Məmmədov və hökumət üzvləri də iştirak edirlər.
İclası açıq elan edən Mili Məclisin sədri Oqtay Əsədov baş nazir Novruz Məmmədovu ad günü münasibətilə təbrik edib.
Hazırda Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyətinə dair illik hesabatı dinlənilir. Hesabatı Baş nazir Novruz Məmmədov təqdim edir.
Elvin Abdulqədirov
Azvision.az
Teqlər: Milli-Məclis