Rəsmi Bakı Al Banonu bağışladı

Rəsmi Bakı Al Banonu bağışladı
  15 Noyabr 2013    Oxunub:1346
Məşhur İtaliya müğənnisi Al Banonun adı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "arzuolunmaz şəxslərin siyahısı"ndan çıxarılıb. Onun adı həmin siyahıya Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına qanunsuz səfər etməsinə görə salınmışdı.

Bu addım müğənninin Azərbaycan tərəfinə müvafiq xahişlə müraciətindən sonra atılıb. Müğənni öz məktubunda adının "arzuolunmaz şəxslərin siyahısı"na salınmasından təəssüfləndiyini ifadə edib, Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumatsız olduğunu və Azərbaycana dərin hörmət və rəğbətini qeyd edib.

Al Bano məktubunda səfərinin heç bir siyasi məqsəd daşımadığını bildirib. Həmçinin, məktubun müəllifi qeyd edib ki, Azərbaycana yenidən gəlmək və öz musiqisini gözəl Azərbaycan xalqına təqdim etmək onun üçün şərəf olardı.
Qeyd edək ki, dekabrın 18-də Bakıda "Crystal Hall"da "San-remo" festivalının iştirakçıları və qalibləri Al Bano, "Ricci e Poveri" qrupu, Rikkardo Folyi, Umberto Totsi, Toni Espozito, Ruro, Matia Bazar, Fiordaliso, İvana Spanyani ilk dəfə çıxış edəcəklər. / “Trend”


Teqlər:





Xəbər lenti