8 Mart- 8 fakt

8 Mart- 8 fakt
  09 Mart 2013    Oxunub:2111
Qadınlar günü bir vaxtlar 8 Martda deyil, 23 Fevralda qeyd edilirmiş.
1. 1910-cu ildə, Kopenhagendə keçirilən Sosialist Qadınların Beynəlxalq Konfransında Klara Tsetkin 8 Martın beynəlxalq qadınlar günü kimi qeyd edilməsi təklifi ilə çıxış edib. O, dünya qadınlarını bərabər hüquq uğrunda mübarizəyə qoşulmağa səsləyib.

2. 1912-ci ildə bu bayramı qadınlar martın 8-də deyil, mayın 12-də qeyd edirdilər. Yalnız 1914-cü ildən sonra Qadınlar Günü qeyri-müəyyən səbəblərdən martın 8-də qeyd olunmağa başladı.

3. 191O-cu illərdə keçmiş Rusiya İmperiyası ərazisində “qadın haqları uğrunda mübarizə” gününü yeni qriqoryan təqviminə əsasən fevralın 23-də (bu gün sonralar kişilər bayramı kimi qeyd olunmağa başladı) qeyd edirdilər.

4. Təəccüblü səslənsə də, 1917-ci ildə sosialist inqilabı məhz qadınlar günü hesabına baş verdi. II Nikolayın devrilməsi ilə nəticələnən silahlı inqilab, məhz Qadınlar Günundə (o zaman 23 fevralda) Petroqrad küçələrinə çıxan qadınların müharibəyə etirazları ilə başladı.

5. Qadınlar Günü hələ qədim Romada da qeyd olunurdu. Həmin gün azad qadınlar öz həyat yoldaşlarından müxtəlif hədiyyələr alır, qul olanlara isə bir günlük istirahət verilirdi.

6. 8 Mart heç də bütün ölkələrdə Beynəlxalq Qadınlar Günü kimi qeyd olunmurdu. Belə ki, Suriyada 8 Mart- İnqilab Günü, Liberiya Respublikasında (Afrikanın qərb sahilləri-red.) isə şəhidlər günü kimi qeyd edilirdi.

7. Keçmis SSR-də 8 Mart uzun müddət adi iş günü kimi qeyd olunurdu, lakin 1965-ci il mayın 8-də Böyük Vətən Müharibəsinin 20-ci ildönümü ərəfəsində 8 Mart Beynəlxalq qadınlar bayramı elan edildi.

8. SSR-nin tənəzzülündən sonra 8 Mart Rusiya Federasiyasının dövlət bayramları siyahısına salındı. Beynəlxalq qadınlar gününü bayram edən MDB ölkələri Azərbaycan, Gürcüstan, Qazaxstan, Qırğızıstan, Moldaviya, Tacikistan, Türkmənistan, Ukrayna, Belorusiyadır. Özbəkistanda 8 Mart Analar Günü kimi məşhurdur. Ermənistanda isə bu gün aprelin 7-də analıq və gözəllik günü kimi qeyd olunur.


Teqlər:  





Xəbər lenti