“Könüllülər Parlamenti – Azərbaycan, 2019” layihəsi yekunlaşdı

“Könüllülər Parlamenti – Azərbaycan, 2019” layihəsi yekunlaşdı
  21 Fevral 2019    Oxunub:1814
Azərbaycan Milli Məclisinin və "ASAN Könüllüləri” Təşkilatının birgə əməkdaşlığı ilə “Könüllülər Parlamenti – Azərbaycan, 2019” layihəsinin bağlanış mərasimi keçirilib.
Azvision.az xəbər verir ki, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev gəncləri ictimai həyatda fəal olmağa çağırıb.

Aparat rəhbəri bildirib ki, Azərbaycanın belə gələcəyi varsa, irəlidə daha yüksək zirvələri fəth edəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib ki, “ASAN Könüllüləri” bu gün artıq 17 mindən çox gənci əhatə edir və “ASAN Könüllüləri” hərəkatına çevrilib. Onun sözlərinə görə, həyata keçirilən 500-dən çox layihələr “ASAN Könüllüləri”nə daxil olmayan 50 min gənci əhatə edib.

O, əlavə edib ki, “ASAN xidmət” yarandığı gündən könüllülərin xidmətindən yararlanıb.

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev də gəncələrə yaradılan şəraitdən danışıb. Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov gənclər siyasəti, könüllülük fəaliyyəti barədə fikirlərini bildiriblər.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: ASANKönüllüləri   ASANXidmət   MilliMəclis  





Xəbər lenti