14 əcnəbi saxta sənədlə sərhədi keçmək istədi - FOTOLAR
31 yanvar tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Daşkənd-Bakı reysi ilə uçub gələn Özbəkistan vətəndaşları 1989-cu il təvəllüdlü Radjabov Muzaffarın və 1993-cü il təvəllüdlü Abdurasulova Mukhiranın sərhəd naryadına təqdim etdikləri sənədlərdə saxtalaşdırma əlamətləri aşkar olunub, dərinləşdirilmiş yoxlama zamanı şübhələr təsdiqini tapıb.
02 fevral tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Bağdad-Bakı-Frankfurt reysi ilə tranzit gedən 1963-cü il təvəllüdlü Kassar Ahwood Attianın təqdim etdiyi İsveçə məxsus pasportun saxta olması aşkarlanıb. Şəxsin üzərinə baxış zamanı İraq vətəndaşı 1951-ci il təvəllüdlü Huda Esttaifan İssaya məxsus pasport aşkar olunub.
02 fevral tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Doha-Bakı reysi ilə uçub gələn Pakistan vətəndaşı 1975-ci il təvəllüdlü Laiq Khanın təqdim etdiyi pasportun 1988-ci il təvəllüdlü Gopang Din Muhammada məxsus olması müəyyən edilib. Şəxsin üzərinə baxış zamanı ona məxsus Pakistan sürücülük vəsiqəsi aşkar olunub.
04 fevral tarixində “Xanoba” dövlət sərhədindən buraxılış məntəqəsində Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn Ukrayna vətəndaşı 1974-cü il təvəllüdlü Bədəlova Diləfruzun sərhəd nəzarətinə təqdim etdiyi pasportunun saxtalaşdırılması müəyyən olunub.
06 fevral tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Moskva-Bakı reysi ilə uçub gələn Özbəkistan vətəndaşı 1979-cu il təvəllüdlü Shoeva Bibigulün pasportunda saxtalaşdırma əlamətləri aşkar olunub.
08 fevral tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Kiyev-Helsinki reysi ilə tranzit gedən Pakistan vətəndaşı 1996-cı il təvəllüdlü Abideen Zain Ulun sərhəd nəzarətinə təqdim etdiyi Portuqaliyaya məxsus daimi yaşayış kartının saxta olduğu müəyyən edilib.
08 fevral tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Kiyev-Helsinki reysi ilə tranzit gedən Pakistan vətəndaşı 1988-ci il təvəllüdlü Sheikh Muhammad Avvaisin təqdim etdiyi İtaliyaya məxsus daimi yaşayış kartının saxta olduğu aşkarlanıb.
10 fevral tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Moskva-Bakı reysi ilə gələn Özbəkistan vətəndaşı 1978-ci il təvəllüdlü Murodova Dilovar sərhəd nəzarətinə təqdim etdiyi pasportunun saxtalaşdırması müəyyən edilib.
13 fevral tarixində “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn Özbəkistan vətəndaşı 1987-ci il təvəllüdlü Boynazarov Ozodun pasportunun saxtalaşdırlması aşkarlanıb.
14 fevral tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-İstanbul reysi ilə uçub gedən Pakistan vətəndaşları 1985-ci il təvəllüdlü Salem Waqas və 1997-ci il təvəllüdlü Khadim Saadın sərhəd nəzarətinə təqdim etdikləri pasportlara vurulmuş Danimarkaya məxsus Şengen vizasının tam saxta olması müəyyən edilib.
14 fevral tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-İstanbul-Vankuver reysi ilə uçub gedən Hindistan vətəndaşı 1998-ci il təvəllüdlü Akashdeep Singhin pasportuna vurulmuş Kanadaya məxsus vizanın tam saxta olduğu aşkarlanıb.
15 fevral tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Frankfurt reysi ilə uçub gedən Türkiyə vətəndaşı 1990-cı il təvəllüdlü Durmaz Remzinin sərhəd nəzarətinə təqdim etdiyi Bolqarıstana məxsus pasportun saxta olmasına şübhə yaranmış və laboratoriya şəraitində yoxlanılan zaman təsdiqini tapıb.
Saxlanılmış şəxslər barəsində müvafiq tədbirlər görülüb.
Azvision.az
Teqlər: DSX