Komitədə vətəndaşların növbəti qəbulu keçirilib
Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər kimi məcburi köçkünlərin problemlərinin həlli də dövlət siyasətinin əsas istiqamətlərindəndir. Yeni salınan qəsəbələrin, yaşayış komplekslərinin sayı ilbəil artır, məcburi köçkünlərin mənzil-məişət şəraiti yaxşılaşdırılır. Prezident İlham Əliyevin tapşırığına əsasən, bu sahədə işlər daha da sürətləndirilib. Hazırda Bakı şəhəri ərazisində və bölgələrdə yeni evlərin tikintisi davam etdirilir.
Məcburi köçkünlərlə bağlı məsələlərə daim xüsusi həssaslıqla yanaşan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hələ də ən ağır vəziyyətdə yaşayan köçkün ailələrin yeni mənzillərə köçürülməsi barədə tapşırığı davamlı şəkildə icra olunur. Son illərdə yüzlərlə belə ailə zirzəmilərdən, yarımçıq və yararsız tikililərdən yeni mənzillərə köçürülüb.
Vətəndaşların Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində qaldırdıqları məsələlər operativ şəkildə araşdırılacaq və qanunvericiliyə uyğun tədbirlər görüləcək.
Azvision.az
Teqlər: Komitə