Əfsanəvi müğənni Bakıda konsert verəcək

Əfsanəvi müğənni Bakıda konsert verəcək
  15 Fevral 2019    Oxunub:3133
Fevralın 17-də Beynəlxalq Muğam Mərkəzində əfsanəvi müğənni Roy Young “King of Blues” qrupu ilə birgə çıxış edəcək.
Muğam Mərkəzindən Azvision.az -a verilən məlumata görə, müğənni konsert çərçivəsində repertuarında hit mahnılarla yanaşı, digər caz nömrələrinə də müraciət edəcək.

R. Young dünya şöhrətli ifaçılar James Brovn, Ray Charles, Bill Kobham, Billy Sheppard və Johnny Micchel ilə eyni səhnəni bölüşüb.

Tamaşaçı ilə dərin ünsiyyət quran, maraqlı səsə, açıqlıq və yumşaq yumoru hissinə malik müğənni hər bir fəaliyyətini inanılmaz, parlaq bir şouya çevirməyi bacarır. Onun yaradıcılığında ən lirik əsərlər belə, caz və bluz ritmləri ilə maraqlanan tamaşaçıları rəqs etməyə sövq edir.

Bu gün Roy Young yarım əsrdən çox yüksək karyeraya malikdir, dünyanın ən yaxşı caz festivallarında müntəzəm qonaq kimi çıxış edir.

Azvision.az



Teqlər: Müğənni  





Xəbər lenti