Fotomüsabiqənin qalibləri mükafatlandırılıb

Fotomüsabiqənin qalibləri mükafatlandırılıb
  12 Fevral 2019    Oxunub:3499
Dənizkənarı Bulvar İdarəsinin keçirdiyi «Dənizkənarı Milli Park fotoqrafların gözü ilə» adlı fotomüsabiqənin qalibləri mükafatlandırılıb. Qalibləri peşəkar fotoqraflardan ibarət münsiflər heyəti seçib.

Müsabiqədə 1-ci yerə Etibar Cəfərov, 2-ci yerə Aleksandr Firstov, 3-cü yerə isə Rauf Umud layiq görülüblər. Qaliblərə 1-ci yer üçün 1500 AZN, 2-ci yer üçün 1000 AZN, 3-cü yer üçün 500 AZN pul mükafatı təqdim olunub.

Müsabiqənin "Mobiloqrafiya" nominasiyasının qalibləri isə Selcan Ələsli (1-ci yer), Almaz Bağırzadə (2-ci yer) və Kənan Süleymanovdur (3-cü yer). Qeyd edək ki, Münsiflər heyətinin "Mobiloqrafiya" bölməsindəki fotolar arasından seçdiyi 20 şəkil arasından qalib Dənizkənarı Bulvar İdarəsinin instaqram səhifəsində izləyicilərin səs vermə yolu ilə müəyyənləşib. Bu nominasiya üzrə qaliblərə 1-ci yer üçün 300 AZN, 2-ci yer üçün 200 AZN, 3-cü yer üçün 100 AZN pul mükafatı təqdim olunub.

Qeyd edək ki, Fotomüsabiqə Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə Bakı Bulvarına Dənizkənarı Milli Park statusu verilməsinin 20-ci ildönümü münasibətilə keçirilib. Müsabiqə Azərbaycan Fotoqraflar Birliyinin təşkilati dəstəyi ilə baş tutub.




Teqlər: Bulvar   Müsabiqə   Foto  





Xəbər lenti