Prezident təsdiq etdi

Prezident təsdiq etdi
  08 Mart 2013    Oxunub:1626
İlham Əliyev bir sıra ölkələrlə imzalanmış ikitərəfli sənədləri təsdiq edib
Prezident İlham Əliyev 2013-cü il yanvarın 18-də Berlin şəhərində imzalanmış "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Litva Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə fərman imzalayıb.
Kənd Təsərrüfatı Nazirliyi bu fərmanda göstərilən sazişin müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi isə həmin sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Litva Respublikası Hökumətini xəbərdar etməlidir.
Dövlət başçsı, həmçinin 2013-cü il fevralın 8-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə fərman imzalayıb.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə bu fərmanda göstərilən sazişin müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə həmin sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Serbiya Respublikası Hökumətini xəbərdar etmək tapşırılıb.
Təsdiq edilmiş sənədlər arasında 2013-cü il fevralın 6-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Xorvatiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu", 2012-ci il sentyabrın 28-də Yalta şəhərində Azərbaycan Respublikası Hökuməti tərəfindən qeyd-şərtlə imzalanmış "Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında 2009-cu il 20 noyabr tarixli Sazişə dəyişikliklər edilməsi barədə Protokol", 2012-ci il noyabrın 29-da Tirana şəhərində imzalanmış "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Albaniya Respublikasının Turizm, Mədəniyyət, Gənclər və İdman Nazirliyi arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq haqqında Saziş" də var.


Teqlər:  





Xəbər lenti