Prezident Rəssamlıq Akademiyasında olub

Prezident Rəssamlıq Akademiyasında olub
  07 Mart 2013    Oxunub:1703
Prezident İlham Əliyev Rəssamlıq Akademiyasında yeni şəraitlə tanış olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 7-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının istifadəyə verilmiş yeni korpusunda yaradılan şəraitlə tanış olub.

Dövlət başçısının göstərişi ilə ölkə həyatının bütün sahələrində abadlıq və quruculuq tədbirləri ardıcıl olaraq həyata keçirilir, genişmiqyaslı infrastruktur layihələri reallaşdırılır. Respublikamızın hər yerində yeni-yeni elm, təhsil, səhiyyə, mədəniyyət və incəsənət obyektləri inşa olunur, mövcud binalar isə əsaslı şəkildə yenidən qurulur.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində təsviri sənət, memarlıq və dizayn, sənətşünaslıq fakültələri, qrafika, rəngkarlıq, heykəltəraşlıq, dizayn, memarlıq, geyim dizaynı, dekorativ tətbiqi sənət, humanitar və ictimai fənlər, təsviri incəsənət tarixi və nəzəriyyəsi kafedraları fəaliyyət göstərir. Akademiyada təcrübəli və peşəkar pedaqoji kollektiv çalışır.
Akademiyanın rektoru Ömər Eldarov Prezident İlham Əliyevə məlumat verərək bildirdi ki, üçmərtəbəli yeni korpusun ümumi sahəsi 6500 kvadratmetrdir.
Yeni korpus yüksək standartlara uyğun olaraq müasir memarlıq üslubunda inşa edilmişdir. Binanın daxili tərtibatı da xüsusi zövqlə işlənilmişdir. Yeni korpusda 128 sinif otağı, müxtəlif fənn kabinetləri, laboratoriya və emalatxanalar yaradılıb.
Dövlətimizin başçısı Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yeni korpusunun istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etdi.Sonda xatirə şəkli çəkdirilib.

AzVision.az



Teqlər:





Xəbər lenti