Millət vəkili: “Azərbaycan qadını istəsə...”

Millət vəkili: “Azərbaycan qadını istəsə...”
  07 Mart 2013    Oxunub:1010
“Bu gün qadınlarımız ötən illərə nisbətən daha çox cəmiyyət həyatında fəal rol oynayırlar”
AzVision.az-ın məlumatına görə, bu sözləri Milli Məclisin sədr müavini Bahar Muradova deyib.
“Azərbaycanda həyata keçirilən qadın siyasəti uğurlu nəticələr verməkdədir. Qadın və ailə problemlərinin həlli, dövlət həyatında onların yerinin düzgün müəyyənləşdirilməsi və cəmiyyətə verə biləcəyi töhfələr baxımından aparılan siyasət öz bəhrəsini verməkdədir. Bu gün qadınlarımız ötən illərə nisbətən daha çox cəmiyyət həyatında fəal rol oynayırlar. Onların həm siyasi, həm ictimai, həm də mədəni həyatda getdikcə daha artıq həlledici fiqurlara çevrilməsinin şahidi oluruq”.
B.Muradova bildirib ki, Azərbaycan qadını bu gün istədiyi qədər nailiyyət əldə edib. Onun sözlərinə görə, xanımlarımız istəsə daha geniş çərçivədə uğurlara imza ata bilər. “Qadınların cəmiyyətdə rolunun artmasını şərtləndirən amillər müasir çağırışlardan, dünyada gedən proseslərdən ibarətdir. Azərbaycan təkcə yerləşdiyi coğrafi məkanla məhdudlaşmır. Ölkəmizdə gedən proseslər dünyada gedən proseslərin tərkib hissəsidir, yəni biz kənarda qala bilmərik. O cümlədən Azərbaycanda mövcud olan qadın hərəkatı, qadın problemlərinə olan münasibət, bu yöndə rəsmi dövlət siyasəti beynəlxalq aləmdə gedən proseslərin tərkib hissəsidir. Önəmli olan odur ki, dünyanın diqqəti bu məsələyə getdikcə artmaqdadır. Bütün beynəlxalq təşkilatlarda, ayrı-ayrı qabaqcıl ölkələrdə bu məsələ daim diqqət mərkəzindədir və qadınların dövlət və cəmiyyətin həyatında qərar qəbulu prosesində, münaqişələrin həllində, təhlükəsizlik məsələlərinin həllində və digər vacib məsələlərdə qadınların daha geniş yer tutması qarşıda hədəf kimi durur. Azərbaycan da bu çağırışlara çox müsbət cavab verir”- deyə, vitse-spiker vurğulayıb.


Teqlər:  





Xəbər lenti