“E-Manat” ödəmə terminalından oğurluq olub

“E-Manat” ödəmə terminalından oğurluq olub
  05 Yanvar 2019    Oxunub:2525
“E-Manat” ödəmə terminalından oğurluq edən yeniyetmə tutulub.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, Yasamal rayon Polis idarəsinin 29-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birində quraşdırılmış “E-Manat” ödəmə terminalından 736 manat pul oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini olan bir yeniyetmə saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: Oğurluq   Terminal   E-Manat  





Xəbər lenti