“Ayağı amputasiya olunan adam necə olar?” - Əzizbəylinin xanımı

“Ayağı amputasiya olunan adam necə olar?” -  Əzizbəylinin xanımı
  04 Yanvar 2019    Oxunub:3618
“Ramiz Əzizbəylinin vəziyyəti nisbətən yaxşıdır. Həkimlər səhhətinin normal olacağını deyirlər".
Bu barədə Azvision.az -a Xalq artistinin həyat yoldaşı Zümrüd Əzizbəyli məlumat verib. Onun sözlərinə görə, bir neçə gün əvvəl ayaq barmaqları amputasiya olunan aktyor müalicələri ev şəraitində davam etdirir.

“Həkimlər və tibb bacıları gəlib baş çəkirlər. Ağrıları olduğuna görə ağrıkəsici iynələr vurulur. Yaxşılaşacağına inanırıq. Həkimlər bizə ümid verib. Bir neçə gündən sonra tikişləri söküləcək. Ayağı amputasiya olunan adam necə olarsa, o da elədir. Narahatlığı var, amma vəziyyəti əvvəlki kimi deyil”.

Qeyd edək ki, xalq artisti Ramiz Əzizbəyli uzun müdətdir yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkir. O, bir neçə dəfə insult keçirib və bu səbəbdən xeyli zamandır yeriməkdə və danışmaqda əziyyət çəkib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ramiz-Əzizbəyli   Xalq-artisti  





Xəbər lenti