Xəbərdarlıq - 3 gün hava qeyri-sabit keçəcək

      Xəbərdarlıq    - 3 gün hava qeyri-sabit keçəcək
  25 Dekabr 2018    Oxunub:1625
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) növbəti üç gündə müşahidə olunacaq hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yaxın 3 gün ərzində küləkli hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir güclənən cənub-qərb küləyinin güclü şimal-qərb küləyi ilə əvəz olunacağı, dekabrın 28-də arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında dekabrın 27-28-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Qərb küləyi dekabrın 26-dan dekabrın 28-i axşamadək ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Azvision.az



Teqlər: ETSN   Hava  





Xəbər lenti