Ruhlar şəhəri Detroit - FOTOLAR

Ruhlar şəhəri Detroit - FOTOLAR
  05 Noyabr 2013    Oxunub:5280
Detroit dünyanın yeganə şəhəridir ki, öz xarabalıqlarını Hollivuda satmaq istəyir. Hollivud filmlərinin ən qorxulu və cinayət kadrlarına bu xarabalıqlar yaxşı fon ola bilər.
Xarabalıqlarına görə Detroitlə çətin ki, hansısa şəhər rəqabət apara. ABŞ-nin ən uğursuz şəhərində 80 min yarımdağılmış və insanlar tərəfindən atılmış bina mövcuddur. Şəhərin mərkəzində pəncərələri qırılmış boş göydələnlər doludur. Onları pul olmadığından sökə də bilmirlər. Bundan əlavə binaların yiyələri də sökdürmür ki, bəlkəm nə vaxtsa burda da qiymət qalxar və onlar öz əmlakın sata bilərlər.

Detroit sitidə 900 minə yaxın insan yaşayır. Bunlardan 82% qaradərili, 11% ağ, qalanı isə digər rəng dəriləri olan insanlardır. Şəhər əhalisi yavaş-yavaş da olsa azalır, çünki şəhərdə cinayət baş alıb gedir. Bura ABŞ-nin ən kriminal şəhərlərindən bəlkəmdə birincisidir.

50-ci illərdə isə Deroit Birləşmiş Ştatların ən vacib maşınqayırma mərkəzlərindən idi. O dövrlər dövlət səviyyəsində ucuz və tez əldə oluna bilən maşın istehsalı proqramı məhz Detroitdə həyata keçirilirdi. Ölkənin ən böyük maşın istehsalçılarının (Ford, General Motors, Chrysler) burada zavodları fəaliyyət göstərir və şəhər özünün inkişafının pik nöqtəsinə çataraq ABŞ-nin ən varlı şəhərlərindən birinə çevrilirdi.

1950-ci ildən sonra çiçəklənən şəhərdə kənarlara miqrasiya baş verdi. Amma bu suburbanizasiyanın və ümumi avtomobilizasiyanın fonunda şəhərdə irqçılık iğtişaşı da var idi. 1940-1960-cı illər arası şəhərdə qaradərililərin sayı 3/1-i ötdü. Ağ dərililər “orta təbəqə”, qaqa dərililərə (aşağı təbəqə) qarşı münasibətdə xəbərdarlıq olunsalarda bu onların narazılığına səbəb olurdu. 1998-ci ilədə şəhərkənarı hissədə 78% insan ağdərili idi, çəhər mərkəzində isə 79% insan qara dərili idi. Şəhərdə həmin vaxt şəhərkənarının gəliri, mərkəzdə olan gəlirlərdən 2 dəfə çox idi.

II dünya müharibəsindən sonra maşın sənayesinin inkişafı bura qaradərililərin köçünü təmin etdi. 40-50-ci illərdə qaradərili əhali 150 mindən 500 minə kimi çoxaldı. Əksər hallarda bu əhali şəhərin kasıb rayonlarında məskunlaşırdı.Lakin iş kvartallarının ağ dərili sakinləri gələnlərə elə də şad deyildi və onlarla bir yerdə yaşamaq istəmirdi. Təkcə 50-ci illərdə 500 min ağ dərili şəhər mərkəzindən köçür. Bu gün 85% mərkəz əhalisi qaradərilidir. Qaradərililər üçün günü-gündən çətinləşən həyat 1967-ci ildə sosial partlayışa gətirib çıxartdı. 1974-cü ildə ABŞ-də ilk dəfə olaraq qara dərili mer Detroitdə seçildi.

1973-cü il neft krizisindən sonra. Eləcədə xarici maşın istehsalçılarının rəqabəti ucbatından Ford, General Motors və Chrysler şirkətləri çoxlu pul itkisi verir. Bundan sonra onlar şəhərdə olan zavodları bağlamalı olur və daha müasir istehsal yönlərinə və az maaşlı ölkələrə üz tutrlar. Bunun nəticəsində təkcə 1970-1980-ci illər arası Detroitdə 208 min iş yeri itirilir. Bunun nəticəsindədə şəhər bu günki görkəmini alır.

AzVision.az ruhlar şəhəri Detroitin atılmış xarabalıqlarının şəkillərin təqdim edir. Şəkillərə baxdıqdan sonra burada ruhların dolaşmasına adamda heç bir şübhə qalmır.

Qalereya




Teqlər:  





Xəbər lenti