İki ildə 341 film istehsal edilib

İki ildə 341 film istehsal edilib
  29 Noyabr 2018    Oxunub:20526
Mədəniyyət Nazirliyinin sifarişi ilə 2006-2018-ci illər ərzində dövlət studiyalarında və müstəqil prodüser mərkəzlərində çəkilmiş filmlər və onların beynəlxalq kino festivallarında iştirakı təhlil edilib.
Nazirlikdən Azvision.az-a bildirilib ki, qeyd olunan dövr ərzində kino sahəsinin inkişafı məqsədilə dövlət büdcəsindən ayrılmış vəsait hesabına 43 tammetrajlı bədii, 45 qısametrajlı bədii (bədii filmlərin 41 faizi müstəqil studiyalar tərəfindən çəkilib), 214 sənədli, 21 cizgi filmi və “Mozalan” kinojurnalının 18 buraxılışı olmaqla, ümumilikdə 341 adda film məhsulu istehsal edilib.

Bu dövr ərzində istehsal olunun ekran əsərlərindən 63 bədii, sənədli və cizgi filmi dünyanın 5 qitəsini əhatə edən 57 ölkədə keçirilmiş Kann, Venesiya, Berlin, Karlovı Varı, Tokio, Moskva və s. 224 film festivalının müsabiqə proqramına seçilərək, 346 dəfə həmin festivallarda iştirak edib və 8 “Qran-Pri”, 30 “Ən yaxşı bədii film”, 8 “Ən yaxşı sənədli film”, 9 “Ən yaxşı rejissor işi”, 15 “Ən yaxşı aktyor oyununa görə” olmaqla ümumilikdə 140 müxtəlif mükafat qazanıb.

Azvision.az



Teqlər: Film   Mədəniyyət-Nazirliyi  





Xəbər lenti