“Onsuz yaşaya bilmərəm, Allah bizi ayırmasın” - Könül Xasıyeva

 “Onsuz yaşaya bilmərəm, Allah bizi ayırmasın” -  Könül Xasıyeva
  29 Noyabr 2018    Oxunub:24256
“Evdə çox darıxıram. Aktiv yaradıcılıqla məşğul olan bir adamın birdən -birə belə bir mühitə düşməsi, sakit həyat keçirməsi çətindir”.
Bunu Azvision.az-a Xalq artisti Könül Xasıyeva deyib. Xanəndə hazırda səhhətinin nisbətən yaxşı olduğunu, müalicəsinin davam etdiyini bildirib.

“Əvvəllki dövrlərlə müqayisədə ağrılarım azalıb. Çətinliklə də olsa yeriyə bilirəm. Hələ uzun müddət müalicələr alacağam. Həkim nəzarətindəyəm. Ancaq ev mühiti məni çox sıxır, hər gün eyni rejim darıxdırır məni. Arada internetdə şeirlər, qəzəllər oxuyuram. Mütaliələr edirəm”.

Xanəndə övladı Kazımın da səhhətindən narahat olduğunu söyləyib: “Özümdən çox Kazıma görə narahatam. O da mənim kimi daim müalicələr alır. Ancaq son zamanlar yenə səhhətində narahatlıq yaranıb. Ürəyində problem var. Bir az hərəkt edən kimi rəngi saralıb solur. Dərslərində davamlı iştirak edə bilmir, gah gedir, gah da dərsdən qalır. Onsuz yaşaya bilmərəm, Allah bizi bir-birimizdən ayırmasın. Bacılarım sağ olsunlar ki, çətin günümdə yanımdadırlar, əl tuturlar, qayğımıza qalırlar. Prezident təqaüdü alıram. Müalicələrimizin xərcini bununla ödəyirik. Şükürlər olsun, çətinliyimiz yoxdur”.

K.Xasıyeva yeni ildə ata ocağı Şəkiyə gedəcəyini, 2019-cu ili orada qarşılayacağını deyib: “Səhhətim imkan versə, yeni ildə Şəkiyə gedəcəyəm. Biz hər il orada yığışırıq”.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Könül-Xasıyeva  





Xəbər lenti