Dünya şöhrətli azərbaycanlı rəssamın 90 ili

 Dünya şöhrətli azərbaycanlı rəssamın 90 ili
  29 Noyabr 2018    Oxunub:22058
Bu gün görkəmli Azərbaycan rəssamı, pedaqoq, professor, Azərbaycan və SSRİ Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahovun doğum günüdür.
Azvision.az xəbər verir ki, Tahir Salahov 1928-ci ildə Bakı şəhərində anadan olub. 1957-ci ildə V.İ.Surikov adına Moskva Dövlət İncəsənət İnstitutunu rəssam-nəqqaş peşəsi üzrə bitirib.

1960-1961-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının məsul katibi vəzifəsində, sonra 1963-74-cü illərdə isə M.Ə.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda dosent, professor vəzifələrində çalışıb. Sənətkar 20 il Rəssamlıq Atelyesinə rəhbərlik edib, 1980-1992-ci illərdə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun rəssamlıq və kompozisiya kafedrasının müdiri olub.



Çoxillik pedaqoji fəaliyyətində Azərbaycan İncəsənət İnstitutu, eləcə də V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunda gənc rəssamlar yetişdirib. T.Salahovun əsərləri dünyanın müxtəlif ölkələrinin ən iri muzeylərində, şəxsi kolleksiyalarda saxlanılır.

O, 2008-ci ildə “Heydər Əliyev” ordeni, 2015-ci ildə isə Fransanın I dərəcəli “Fəxri Legion” ordeni ilə təltif olunub.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Tahir Salahovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Eyni zamanda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva xalq rəssamına təbrik məktubu ünvanlayıblar.

Azvision.az


Teqlər: Xalq-rəssamı   Tahir-Salahov  





Xəbər lenti