Səudiyyə Ərəbistanında qadın haqlarını sünni islam və qəbilə adət-ənələri müəyyən edir. Bu ölkədə qadınların səs vermək və ya hər hansı siyasi instansiyaya seçilmək hüququ yox idi, lakin Kral Abdullanın qərarı ilə onlara səs vermək 2015-ci ildə yerli seçkilərdə iştirak etmək, eləcə də Məsləhət Şurasına seçilmək haqqı tanındı. Səudiyyə Ərəbistanı yeganə ölkədir ki, orada qadınlara maşın sürmək qadağandır. Onu da qeyd edək ki, qadınlara qarşı münasibət ölkənin regionlarına görə fərqlənir.
Səudiyyə qadınları ölkənin işçi qüvvəsinin 17%-ni təşkil edir.