200 min adam Marsa köçmək istəyir

  24 Oktyabr 2013    Oxunub : 659
200 min adam Marsa köçmək istəyir
“Mars-1” layihəsinin təşkilatçılarının məlumatına görə, 200 mindən çox insan Marsa köçmək və orada yaşamağa hazır olduqlarını bildiriblər.
7 aylıq bu riskli səyahətə razılıq verəcək astronavtlar tapılsa, ancaq o zaman Qırmızı planetə uçuş təşkil olunacaq.
Bu layihənin təşkilatçılarından biri olan hollandiyalı mühəndisin sözlərinə görə, planın məqsədi odur ki,2023-cü ildə Marsa təxminən 40 nəfər göndərilsin. Bu səyahətin maliyyələşdirilməsi isə sponsorlar və televiziya ilə müqavilələr yolu ilə həyata keçiriləcək.

Kosmik agentlik isə öz növbəsində qeyd edib ki, Marsda bu cür insan koloniyalarının yaradılması üçün lazım olan texnologiya hələ ki, mövcud deyil.

Qeyd edək ki, indiyə qədər Marsda yalnız pilotsuz missiyalar həyata keçirilib.

Ləman

Teqlər: