Göygöldə iki maşın toqquşub, ölən var

Göygöldə iki maşın toqquşub, ölən var
  24 Sentyabr 2018    Oxunub:3306
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Göygöl rayonu ərazisində “Mercedes” və “VAZ” markalı iki minik avtomobili toqquşub.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri “VAZ” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sərnişini və sürücü, 1975-ci il təvəllüdlü Babayev Yalçın Namaz oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

AzVision.az


Teqlər: FHN   Qəza  





Xəbər lenti