"Azərsu": Yağışın yaratdığı fəsadlar aradan qaldırılır

"Azərsu": Yağışın yaratdığı fəsadlar aradan qaldırılır
  23 Sentyabr 2018    Oxunub:4130
Bu gün Bakıda yağan güclü yağış paytaxt küçələrində fəsadlar yaradıb.

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı AzVision.az-a bildirib ki, yağıntının çox olması ilə əlaqədar Bulvar ərazisində Sahil kollektoru iki istqamətdə dənizə açılıb.
"Daxil olan suların hamısını kollektor qarşılayıb apara bilmirdi. Yağıntı bütün istiqamətlərdə eyni miqdarda deyil. Abşeron, Qaradağ rayonlarına yağış düşməyib. Xətai, Nizami rayonlarına az yağıb. Əsas yağıntı Yasamal, Nəsimi, Binəqədi rayonları ərazisində müşahidə edilib".

A.Cəbrayıllı qeyd edib ki, bəzi ərazilərdə evləri, həyətyanı sahələri su basıb, tunellərdə su yığılıb.

"Rəşid Behbudov küçəsi istiqamətində binaların zirzəmilərində yerləşən obyektləri su basıb. Bakı Su Kanalar İdarəsi və rayon su kanal idarələrinin bütün əməkdaşları əraziyə cəlb olunub, problem yaranan ərazilərdə maksimum vəziyyətdən çıxmaq üçün işlər görürlər. Yağış artıq səngiyib. Dənizə çıxışı açandan sonra Neftçilər prospekti, "Azneft" dairəsi, "Sahil" metrosu yaxınlığında yaranan problemi həll etmişik. Digər ərazilərdə işlər davam edir".

Aytən Zəhra
AzVision.az


Teqlər: Azərsu   Yağış  





Xəbər lenti