Etimad İsmayılov sabah dəfn olunacaq
Vida mərasimi sabah saat 11:00-da sabiq deputat İlyas İsmayılovun bağ evində keçiriləcək, onun nəşi Nardaran qəbristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, sabiq deputat, Ədalət partiyasının sədri İlyas İsmayılovun oğlu Etimad İsmayılov sentyabrın 19-da axşam saatlarında İstanbulda qətlə yetirilib. Qətldə şübhəli bilinən sabiq polis rəisi Gözəl Dəmirov əvvəlcə hadisə yerindən qaçmağa müvəffəq olsa da, gecə saatlarında keçirilən xüsusi əməliyyat nəticəsində Beşiktaş Etilər məhəlləsində ələ keçirilib. Etimad İsmayılov tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşıdır.
Kənan Məmmədov
AzVision.az
Teqlər: Etimad-İsmayılov