Bərdədə qanlı hadisə baş verib
Bərdə rayon sakini, 1997-ci il təvəllüdlü Süleymanlı Emin Kərim oğlu şəxsi münasibətlər zəminində rayon sakini, 1988-ci il təvəllüdlü Məmmədov Natiq Çingiz oğlu ilə mübahisə edib.
Mübahisə nəticəsində E.Süleymanlı N.Məmmədova 3 bıçaq zərbəsi vurub.
Daktla bağlı Bərdə rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb və E.Süleymanlı tutularaq istintaqa təhvil verilib.
AzVision.az
Teqlər: Bərdə Cinayət Bıçaqlanma