Prezident TQDK kollegiyasının tərkibini təsdiq etdi
Prezident Sərəncamda Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası kollegiyasının aşağıdakı tərkibi təsdiq edilsin:
Kollegiyanın sədri:
Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri
Kollegiyanın üzvləri:
Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sədrinin müavini
Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Aparatının rəhbəri
Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının İnformasiyalaşdırma və texnoloji təminat şöbəsinin müdiri
Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Təşkilat şöbəsinin müdiri
Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Ali təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri
Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional bölməsinin rəhbəri.
Teqlər: