AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda su quyusunda aşkar edilmiş 1964-cü il təvəllüdlü Nuriyev Emin Rüstəm oğlunun meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.
Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri E.Nuriyevin meyitini dərinliyi, təqribən, 6 metr olan quyudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.
AzVision.az