Əhalinin sayı açıqlandı

Əhalinin sayı açıqlandı
  12 Sentyabr 2018    Oxunub:3147
Ölkə üzrə əhalinin sayı ilin əvvəlindən 45141 nəfər və ya 0,5 faiz artaraq 2018-ci il avqust ayının 1-i vəziyyətinə 9943226 nəfərə çatıb.
AzVision.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bir kvadrat kilometrə düşən əhalinin sayı 115 nəfər olub. Əhalinin ümumi sayının 52,9 faizi şəhər yerlərində, 47,1 faizi kənd yerlərində məskunlaşıb, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.

AzVision.az


Teqlər: DSK   Əhali  





Xəbər lenti