Ramil Quliyev dünya çempionatında ikinci oldu

Ramil Quliyev dünya çempionatında ikinci oldu
  08 Sentyabr 2018    Oxunub:5655
Türkiyə millisini təmsil edən azərbaycanlı atlet Ramil Quliyev qitələrarası dünya çempionatında 200 metr məsafəyə qaçışda ikinci yeri tutub.
28 yaşlı idmançı Çexiyanın Ostrava şəhərində təşkil olunan yarışda 20.28 saniyə ilə ikinci olub. Panamalı Alonso Edvard isə 20.19 saniyə ilə birinci yerə çıxıb.

Qeyd edək ki, Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyasının (IAAF) təşkil etdiyi yarışda qitələr mübarizə aparır.

AzVision.az


Teqlər: Ramil-Quliyev  





Xəbər lenti