Cəlilabadda yol qəzası, sürücü ölüb

Cəlilabadda yol qəzası, sürücü ölüb
  01 Sentyabr 2018    Oxunub:3154
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Cəlilabad rayonunda “VAZ” markalı minik avtomobili yol kənarındakı maneəyə çırpılıb.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünün meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

AzVision.az


Teqlər: Qəza   FHN   Cəlilabad  





Xəbər lenti