Qardaşını xəstəxanaya apararkən qəzaya düşdü: 2 ölü (VİDEO)
Sürücü ağır dərəcəli müxtəlif bədən xəsarətləri alıb. Hadisə yerinə gələn “VAZ” markalı avtomobilin sürücüsünün qardaşı Mahir Vəliyev özünə məxsus “Mercedes” markalı avtomobillə Şəmil Vəliyevi Salyan rayon xəstəxanasına çatdırmaq istəyib. Onun avtomobili isə şəhərin köhnə bazar məhəlləsində “Priora” markalı maşınla toqquşub və işıq dirəyinə çırpılıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək olmayıb.
Hər iki meyit müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin Salyan Rayon Şöbəsinə təhvil verilib. Həkim isə xəstənin yolda keçindiyini bildirib. Hadisə ilə bağlı araşdırmalar aparılır. (ARB TV)
AzVision.az
Teqlər: