Kürdəxanıda iki maşın toqquşub, ölən var

Kürdəxanıda iki maşın toqquşub, ölən var
  29 Avqust 2018    Oxunub:1931
Avqustun 28-də saat 18 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini Tarıyel Babayevin idarə etdiyi “Ford” və Sumqayıt şəhər sakini Rüfət Məhərrəmovun idarə etdiyi “Volkswagen” markalı avtomobillər toqquşub.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, nəticədə hər iki sürücü xəstəxanaya yerləşdirilib, R.Məhərrəmov orada ölüb, T.Babayevə isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti