`Windows 8.1`sistemi yeniləndi

`Windows 8.1`sistemi yeniləndi
  18 Oktyabr 2013    Oxunub:1499
ABŞ-ın "Microsoft" korporasiyası "Windows 8.1" əməliyyat sisteminin yeni versiyasını rəsmən təqdim edib.
Yeni versiyanın əsas fərqləndirici cəhəti iş masasına "Start" düyməsinin qaytarılması və iş masası panelini start ekranının interfeysindən yayınaraq dərhal yükləmək imkanıdır. Bundan başqa, əməliyyat sisteminə menyusunu fərdiləşdirməyin mümkün olduğu "Start" düyməsində yerləşən yeni əlavələr ekranı əlavə olunub. Yeni məhsulun daha bir xüsusiyyəti indi sorğulanan məlumatları internet, sərt disk, "SkyDrive" "bulud" internet saxlancı, eləcə də bu funksiyanı dəstəkləyən sənəd və əlavələr daxilində axtaran "Bing" sisteminin axtarış alətləri panelidir.


Daha bir yenilik filtr dəsti və şəkillərin rənglərini yaxşılaşdırmaq imkanı ilə fotoşəkillərin yenilənmiş redaktorunun yaradılmasıdır. "Windows 8.1"-də əvvəlki versiyada çaşqınlıq yaradan bütün funksiyaların, demək olar, hamısı cəmlənib. Belə ki, istifadəçilər indi eyni vaxtda bir neçə əlavə pəncərəsi açaraq onların ölçüsünü tənzimləyə bilərlər. Əməliyyat sistemi "Windows Store" əlavələr mağazasında yerləşdirilib və onu "Windows 8.1" istifadəçiləri pulsuz yükləyə bilərlər. Digər istifadəçilər üçün əməliyyat sisteminin standart variantından yararlanmaq 119 dollara başa gələcək.

AzVision.az


Teqlər:





Xəbər lenti