Xaçmazda ev sahibi ilə birgə yanıb

Xaçmazda ev sahibi ilə birgə yanıb
  16 Oktyabr 2013    Oxunub:1119
Xaçmazda vətəndaşa məxsus evdə baş verən yanğın hadisəsi zamanı ev sahibi ölüb.
AzVsison.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Xaçmaz rayonu, Niyazoba kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 220 kv.m. olan ikimərtəbəli, 8 otaqlı evin 7 otağının arakəsmə divarları taxtadan olan yanar konsruksiyaları və evə bitişik tikilmiş ümumi sahəsi 100 kv. m. olan köməkçi tikilinin yanar konstruksiyaları 50 kv.m. sahədə yanıb. Yanğının kəşfiyatı zamanı yanğınsöndürənlər tərəfindən ev sahibi A.İ.Romanenkonun yanmış meyiti çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Evin qalan hissəsi və VAZ-2106 markalı avtomobil yanğından mühafizə olunub. Yanğın saat 05:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:





Xəbər lenti