Gəncədə uşaq bağçasında yanğın olub

Gəncədə uşaq bağçasında yanğın olub
  09 İyul 2018    Oxunub:2531
Gəncədə yanğın hadisəsi qeydə alınıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Gəncə şəhərinin Nizami rayonunda ümumi sahəsi 100 m² olan uşaq bağçasının (hazırda fəaliyyət göstərmir) yerləşdiyi birmərtəbəli binanın dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Gəncə   Yanğın  





Xəbər lenti