3 qəza - 3 ölüm

3 qəza - 3 ölüm
  16 Oktyabr 2013    Oxunub:1283
Ölümlə nəticələn 3 yol-nəqliyyat hadisəsi
Şəmkir rayonunun Təzəkənd kəndinin ərazisində Qaracəmirli kənd sakini Ruslan Talıbov atasına məxsus “Mercedes” markalı avtomaşını idarə edərkən onu aşırıb. Nəticədə avtomobildə olan sərnişin Nurlan Səmədli xəsarətlə xəstəxanaya aparılarkən yolda həyatını itirib.

Bakı şəhər sakini Hafiz Əzizov idarə etdiyi “Mercedes” markalı avtomaşınla Qaradağ rayonunun Lökbatan qəsəbəsinin ərazisində həmyerlisi Elvina Məmmədovanı vurub. Piyada aldığı xəsarətdən hadisə yerində həyatını itirib.

Cəlilabadda isə Alar kənd sakini Tağı Əliyevin idarə etdiyi “Hyundai” markalı avtomaşın aşmışdır. Sürücü aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

AzVsison.az AzərTAc - a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hadisələrlə bağlı cinayət işi açılıb, araşdırmalar davam edir.


Teqlər:  





Xəbər lenti