2 mindən artıq aztəminatlı ailəyə bayram sovqatı
AzVsison.az AzərTAc - a istinadən xəbər verir ki, bayram münasibətilə Şəkidə bir sıra xeyriyyə tədbirləri keçirilir. İndiyədək rayonda 2 mindən artıq aztəminatlı ailəyə, o cümlədən şəhid və məcburi köçkün ailələrinə, əlil və kimsəsizlərə, ahıl və tənha vətəndaşlara bayram sovqatı - qurban əti paylanıb. Müqəddəs bayram münasibətilə keçirilən mərasimlərdə şəhidlərimizin xatirəsi yad edilir, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar oxunur.
Sovqat almış insanlar onlara göstərilən qayğıya görə xeyirxah əməl sahiblərinə minnətdarlıqlarını bildirdi, xalqımıza sevinc dolu günlər arzuladı.
Teqlər: