Azərbaycandan düşmənə qan udduracaq silah

Azərbaycandan düşmənə qan udduracaq silah
  15 Oktyabr 2013    Oxunub:1511
Azərbaycan mühəndisləri reaktiv atəş sistemi hazırlayıblar.
Azərbaycan mühəndisləri tərəfindən kiçik ölçülü reaktiv atəş sistemi hazırlanıb.

Azvsison.az xəbər verir ki, bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.

Daşınması asan olan, istənilən nəqliyyat vasitəsinin üzərinə qurula bilən 15 lüləli reaktiv atəş sistemi idarə olunmayan S-8 raketlərindən (80 mm) atəş açır. Sistem rəqibin yaxın məsafədəki hədəflərini məhv etmək üçün nəzərdə tutulur. Bununla yanaşı, sistemin əsgərlər tərəfindən əldə daşına bilən, lülə sayı daha az olan ikinci modifikasiyası da hazırlanıb.

Azərbaycan istehsalı olan bu sistem üçün ölkə daxilində yeni tip S-8 raketləri istehsal olunacaq. Aparılacaq təkmilləşmə nəticəsində klassik S-8 raketlərinin ölçülərinin qısaldılması, atış uzaqlığının və təsir imkanlarının artırılması nəzərdə tutulur.

Qeyd edək ki, S-8 raketlərinin atış uzaqlığı 3 min metrədəkdir.


Teqlər:





Xəbər lenti