Prezident baş direktoru qəbul edib - Yenilənib
Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus, ilk növbədə, prezident seçkilərində qələbə qazanması münasibətilə dövlət başçısını təbrik edib.
Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirib.
Tedros Adhanom Qebreyesus Dünya Səhiyyə Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlıqla bağlı görülən işlərdən danışıb. Azərbaycanda səhiyyə sahəsində həyata keçirilən islahatlara, ölkəmizin hər yerində ən müasir tibb ocaqlarının inşa edilməsinə toxunan qonaq bu istiqamətdə əldə edilən nailiyyətləri Azərbaycan dövlətinin və şəxsən Prezident İlham Əliyevin səhiyyəyə göstərdiyi yüksək diqqət və qayğının nəticəsi kimi qiymətləndirib. Dünya Səhiyyə Təşkilatının baş direktoru ölkəmizdə qaçqın və məcburi köçkünlərə göstərilən yüksək dövlət qayğısından da danışaraq bildirib ki, bu sahədə Azərbaycanın təcrübəsi bir çox Avropa ölkələrinə nümunə ola bilər.
Söhbət zamanı əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesusu qəbul edib.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.
AzVision.aza
Teqlər: Prezident İlham-Əliyev